25 
Apr
2024
09:21
41
121
916
Virtual karabakh

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

25 Apr, 2024
09:21
916

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

Bununla bağlı nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətdə dayanıqlı artımın təmin edilməsi, sahibkarlığın intensiv inkişafı prioritetlərdəndir.

“Bu əlamətdar gün münasibətilə iqtisadi hədəflərə nail olunmasına, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi dəyər zəncirinə reinteqrasiyasına, xalqımızın rifahının yüksəldilməsinə töhfə verən biznes təmsilçilərinə təşəkkürümüzü və təbriklərimizi çatdırır, işlərində uğurlar arzulayırıq”, - deyə nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri