26 
Apr
2024
17:44
103
20
785
yuxarı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qiymətli metalların geoloji axtarışı aparılacaq
26 Apr, 2024
17:44
785
103
20
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qiymətli metalların geoloji axtarışı aparılacaq
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qara, əlvan və nəcib metalların geoloji axtarışı və qiymətləndirilməsi aparılacaq.
Oxu.Az bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, geoloji kəşfiyyat işləri Zəngilan, Qubadlı, Xocavənd, Ağdam və Ağdərə rayonlarında olacaq. Bundan başqa, Goranboy və Göygöl rayonlarında gips, anhidrit və gəc xammalı, ayrıca Göygöl rayonunda qum-çınqıl xammal qismində kvarsitlərlə bağlı axtarış işləri aparılacaq.