27 
Apr
2024
20:52
59
69
1692
Virtual karabakh

Azərbaycan hansı dünya şirkətlərinə 1,7 milyard pul yatırıb?

27 Apr, 2024
20:52
1692

Azərbaycan hansı dünya şirkətlərinə 1,7 milyard pul yatırıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ilin birinci rübü üzrə ən çox səhmlərinə sahib olduğu beş şirkətlə (TOP-5 şirkət) bağlı məlumat verib.

AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib ki, bu ilin ilk rübündə TOP-5 şirkətlərin səhmləri üzrə ümumi məbləğ 1 milyard 742 milyon dollar təşkil edib.

- “Microsoft” (494 milyon ABŞ dolları)

- “Apple” (419 milyon ABŞ dolları)

- “NVIDIA” (371 milyon ABŞ dolları)

- “Amazon” (279 milyon ABŞ dolları)

- “Meta platforms” (179 milyon ABŞ dolları)

“Həmin səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4 faiz, 3,4 faiz, 3 faiz, 2,3 faiz və 1,4 faiz təşkil edib”, - deyə fondun cavabında bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri