28 
Apr
2024
01:48
224
17
2627
Virtual karabakh

Bölgələrdə kartofun qiyməti ucuzlaşdı - VİDEO

28 Apr, 2024
01:48
2627

Bölgələrdə kartofun qiyməti ucuzlaşdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədar kartofa tələbatın azaldığını bildirirlər.

Cəlilabadlı fermerlər də məhsuldarlığın az olduğunu deyərək qiymətlərdən narazı olduğunu  bildirirlər.

Təsərrüfatçılar birinci mərhələdə istixana şəraitində becərdikləri kartofun yığımına başlayıblar. Fermerlər deyirlər ki, builki mövsüm əlverişli keçsə də, məhsuldarlıq çox aşağıdır.

Təsərrüfat sahibləri deyirlər ki, bir neçə ildir toxumluq kartofun və mineral gübrələrin qiymətində kəskin artım var. Ona görə də kartofun maya dəyəri artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri