28 
Apr
2024
12:40
93
93
1027
Virtual karabakh

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

28 Apr, 2024
12:40
1027

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin Nasserlə görüşündə enerji sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib.

Bu barədə nazir “X” hesabında bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin H.Nasser ilə görüşdük. Ölkəmizdə xarici investorlar üçün yaradılan şəraitə, enerji sektorunda birgə fəaliyyət imkanlarına, istehsal layihələrində əməkdaşlıq potensialına toxunduq”, - iqtisadiyyat naziri qeyd edib.

Xatırladaq ki, daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcəyini bildirmişdi.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri