28 
Apr
2024
14:16
50
35
894
Virtual karabakh

İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində fikir mübadiləsi aparıb - FOTO

28 Apr, 2024
14:16
894

İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində fikir mübadiləsi aparıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşeklə “COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri” ətrafında fikir mübadiləsi aparıb.

Bu barədə nazir “X” hesabında bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdük. Ölkəmizin qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişaf trendləri barədə danışdıq”, - o yazıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri