Fev
2024
11:48
31
89
3374
Virtual karabakh

Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı proqramına start verilib - FOTO

5 Fev, 2024
11:48
3374

Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı proqramına start verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) bu il Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin marşal qeydiyyatı proqramına start verib.

BŞH-dən verilən məlumata görə, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs marşal proqramına qoşula bilər.

“Formula-1” yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq.

Beynəlxalq lisenziya marşallara təkcə Azərbaycanda deyil, “Formula-1” üzrə Qran-pri və digər avtoidman yarışlarına ev sahibliyi edən digər ölkələrdə keçiriləcək turnirlərə qatılmaq hüququ verəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri