20 
Dek
2016
12:12
9
98
2270
Virtual karabakh

Elektron ticarətin vergiyə cəlbi nəyi dəyişəcək?

20 Dek, 2016
12:12
2270

Elektron ticarətin vergiyə cəlbi nəyi dəyişəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elektron yolla aparılan ticarət əməliyyatlarının vergiyə cəlb olunması informasiya texnologiyalarının getdikcə həyatımıza daha çox daxil olması fonunda təbii və zəruri haldır.

Düzdür, bizdə hələ demək olmaz ki, bu sahədə ticarət əməliyyatları geniş xarakter daşıyır. 

Lakin hər halda əməliyyatlar mövcuddur. Ümumiyyətlə, qeyd etməliyəm ki, elektron sahədə biznes üçün çox böyük imkanlar vardır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib. 

“Bu, bizdə hələ tam təsbitini tapmasa da, məsələdən hali olanlarımız az deyil. Odur ki, təkrar edirəm ki, bu cür əməliyyatların vergiyə cəlb edilməsi üçün müvafiq işlək mexanizmin tədricən təşəkkül tapması baxımdan, Vergi Məcəlləsində uyğun müddəaların əksini tapması müsbət hadisədir. 

Bütün bunlar getdikcə, daha da təkmilləşəcək. Yeni müddəalara əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və bu, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir.

Hesab edirəm ki, elektron ticarət genişləndikcə, bax, məhz bu amil, ölkəmizdə vergilərin, ümumiyyətlə, istehlakçı üzərinə “sürüşdürülməsi” baxımından da əhəmiyyətli olacaqdır. 

Ancaq bütün bunlara bahəm, heç şübhəsiz ki, elektron ticarətə vergilərin cəlbi qeyri-nağd ödənişlərin genişləndirilməsi işləriylə də ziddiyyət təşkil etməməli və bunun daha inkişafı ilə birbaşa uyğunluq təşkil etməlidir”, - deyə ekspert qeyd edib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri