9 
Yan
2017
11:50
67
12
1517
yuxarı
Azərbaycanın mobil operatorları “audio kitabxana”ya qoşulur
9 Yan, 2017
11:50
1517
67
12
Azərbaycanın mobil operatorları “audio kitabxana”ya qoşulur
Azərbaycanın mobil rabitə operatorları “audio kitabxana” layihəsinə qoşulacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.
Layihədə məqsəd gözdən əlillərin və görmə qabiliyyəti zəif olanların bədii əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.
Mənbə deyib ki, müraciət bütün operatorlara göndərilib və baxılma mərhələsindədir.
Hazırda 100-dən çox kitab səsləndirilərək “audio kitabxana”da yerləşdirilib. “1541” qısa nömrəsini yığmaqla bu xidmətdən günün istənilən vaxtı istifadə etmək olar.
U.A.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək