May
2017
19:55
99
19
2249
Virtual karabakh

Böyük texnoloji şirkətlər “Apple Watch” saatlarının dəstəklənməsini dayandırıb

3 May, 2017
19:55
2249

Böyük texnoloji şirkətlər “Apple Watch” saatlarının dəstəklənməsini dayandırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir sıra iri texnoloji şirkətlər, o cümlədən “Google”, “Amazon” və “eBay” “Apple Watch” “ağıllı” saatlarında bəzi proqramların dəstəklənməsini dayandırıb.  

Oxu.Az-ın məlumatına görə, “ICTnews.az” “Planet Today” resursuna istinadən yazır ki, şirkətlərin nümayəndələri məhsulların bundan sonra “Apple” şirkətinin “ağıllı” saatlarının dəstəklənməsinin dayandırılması səbəbi barədə məlumat verməyib.

Bəzi mötəbər ekspertlərin fikrincə, buna səbəb “Apple Watch” qurğusunun işlədiyi “watchOS” əməliyyat sisteminin yeni versiyasının tezliklə təqdimatının gözlənilməsidir.

“Gələcəkdə bizim servis yenidən “Apple Watch” intellektual saatlarında işləyəcək, lakin bunun nə vaxt baş verəcəyini biz hələ ki deyə bilmərik”,- deyə “Google” şirkətinin nümayəndələri “Google Maps” servisi tərəfindən “Apple Watch” saatlarının dəstəklənməsindən imtina edilməsini şərh edərkən qeyd edib.

Digər şirkətlərin nümayəndələri məsələyə münasibət bildirməyib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri