Okt
2017
20:19
146
24
4387
Virtual karabakh

12 yaşlı yeniyetmə “Flappy Bird” portativ konsolunu yaradıb – VİDEO

12 yaşlı Savva Osipov atasının Sovet İttifaqı, o cümlədən, həmin dövrdə mövcud olan qacet və texnologiyalar barədə hekayələri ilə böyüyüb.

Oxu.Az-ın məlumatına görə, onun diqqətini atasının saxladığı “Nu poqodi” oyunu cəlb edib. Bu oyun əsasında Savva “Arduino Nano” əsasında işləyən “Flappy Bird” portativ konsolunu yaradıb.

Layihənin proqram təminatı “Themistokle Benetatos” kodu əsasında hazırlanıb. Savva oyunun bütün vacib elementlərini (Aurdino, ekran, akkumulyator, dinamik və sairə) birləşdirmək üçün “istifadəçi keysi”ni yaradıb və 3D-də çap edib.

S.B.
www.oxu.az

Digər İKT xəbərləri