22 
Noy
2017
19:00
107
36
5467
Virtual karabakh

Şəkil üzrə xəstəliyi müəyyənləşdirən yeni mobil proqram yaradılıb

22 Noy, 2017
19:00
5467

Şəkil üzrə xəstəliyi müəyyənləşdirən yeni mobil proqram yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” korporasiyasının rəhbəri Tim Kuk bu yaxınlarda müsahibə zamanı yeni “VisualDx” proqramı haqda məlumat verib. Alimlər bu proqramı mühəndis və proqramçılarla birgə yaradıblar. “VisualDx” proqramı şəkil üzrə xəstəliyi müəyyən edir. İndi mobil proqram həkimlər tərəfindən yoxlanılır, amma istənilən şəxs bu proqramı pulsuz yükləyə bilər.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, “VisualDx” mobil proqramı müasir kompüter təlimi texnologiyasından istifadə edir. Sözügedən proqram insanın dərisinin vəziyyətini və xəstəliyi müəyyənləşdirmək qabiliyyətinə malikdir.

“VisualDx” proqramı hələlik yalnız həkimlər tərəfindən istifadə olunur. Onlar bu proqramı sınaqdan keçirirlər. Ancaq indi istənilən şəxs sözügedən mobil tətbiqi “Google Play” və ya “AppStore” proqramlar mağazasından yükləyə bilər.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri