23 
Noy
2017
13:22
9
46
1997
Virtual karabakh

“Facebook”un messencerində yenilik

23 Noy, 2017
13:22
1997

“Facebook”un messencerində yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook”un messencerində 4K formatlı fotolar göndərmək mümkün olacaq.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkədən bildiriblər ki, yüklənən şəkillər artıq keyfiyyətini itirməyəcək.

“Facebook” üçün şəkillərin miqyası 4096х4096 pikselə çatacaq ki, bu da internet xidmətləri üçün keyfiyyət göstəricisi hesab edilir.
 
Hər ay sosial şəbəkə istifadəçiləri təxminən 17 milyard foto mübadiləsi həyata keçirir. Bu səbəblə onlar sosial şəbəkə rəhbərliyinə standart messenceri təkmilləşdirmək xahişi ilə müraciət ediblər. Artıq ABŞ, Kanada, Fransa, Avstraliya, Honkonq, Sinqapur, Cənubi Koreya və Yaponiyada yenilik tətbiq olunub. Yaxın həftələrdə 4K yükləmə funksiyası bütün istifadəçilərə əlçatan olacaq.  

“Facebook” qeyd edir ki, fotonun böyüklüyü sürətə heç cür təsir etməyəcək və istifadəçilər əvvəl olduğu kimi, yenə də sürətlə fayl mübadiləsi apara biləcəklər.
 
Xatırladaq ki, bu günlərdə videosüjetlərin təhlili və redaktəsi üçün “Facebook Creator” təqdim edilib. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri