Dek
2017
17:01
38
70
2631
Virtual karabakh

“Western Union” kriptovalyutalarla bağlı əməliyyatları dayandırdı

6 Dek, 2017
17:01
2631

“Western Union” kriptovalyutalarla bağlı əməliyyatları dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın pul köçürmələri üzrə məşhur “Western Union” şirkəti kriptovalyutalarla bağlı bank əməliyyatlarını blok etməyə başlayıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, şirkət “Kraken” kriptovalyuta birjasına məlumat verib ki, ktiptovalyutalarla əlaqədar tranzaksiyaları həyata keçirməyəcək, çünki bu, onun daxili qaydalarına ziddir.

WU-nun bu qərarının kriptovalyuta birjalarının fəaliyyətinə, eləcə də, kriptovalyuta istifadəçilərinə mənfi təsir edəcəyi bildirilir. Bununla yanaşı, şirkətin özü də müəyyən gəlirlərdən məhrum ola bilər, çünki kriptovalyutanın populyarlığı nəzərə alınsa, uzunmüddətli perspektivdə “Western Union”un bu işdən zərərli çıxacağını söyləmək olar.

Qeyd edək ki, dünyada müxtəlif maliyyə təşkilatları öz müştərilərinin kriptovalyuta alıb-satmasına icazə vermir. Bir çox bank kriptovalyuta ilə olan hesabları bağlayıb.

Xatırladaq ki, dünyanın ən populyar kriptovalyutası olan bitkoin dekabrın 6-da yeni rekord əldə edib və dəyəri 12,16 min dollara yüksəlib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri