10 
Yan
2018
18:11
13
58
2239
Virtual karabakh

“Baku Business Factory” ilə GCF arasında müzakirələr aparıldı

10 Yan, 2018
18:11
2239

“Baku Business Factory” ilə GCF arasında müzakirələr aparıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Tbilisidə “Baku Business Factory”nin (BBF) nümayəndələri Gürcüstanın ən böyük investisiya fondlarından biri olan “Georgian Co-Investment Fund”un (GCF) rəhbər şəxsləri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov GCF-in Maliyyə, risklərin idarə edilməsi və investisiya əlaqələri şöbəsinin icraçı direktoru Tea Coxadze ilə görüşü zamanı BBF-in fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə investisiyaların cəlb edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Görüşdə T.Coxadze GCF-in fəaliyyəti  barədə danışaraq bildirib ki, Fond beynəlxalq investorların regionun imkanlarına çıxışın təmin edilməsi üçün investisiya mexanizminin yaradılmasına böyük maraq göstərməsi ilə əlaqədar yaradılıb. Onun sözlərinə görə, GCF özəl investisiya strukturu vasitəsilə investorlara Gürcüstanın sürətlə inkişaf edən sənaye və sektorlarının imkanlarından faydalanmaq fürsəti yaradır.

Görüşdə “Baku Business Factory” ilə “Georgian Co-Investment Fund” arasında qarşılıqlı əməkdaşlıq, Azərbaycan və Gürcüstan startapları arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.

Qeyd edək ki, “Georgian Co-Investment Fund” (Gürcüstan Ko-İnvestisiya Fondu – GCF) altı milyard dollarlıq özəl investisiya fondudur. GCF fondunun komandit ortaqlar, o cümlədən suveren rifah fondları, mühüm qlobal korporasiyalar və özəl ailə şirkətləri, beynəlxalq və yerli investisiya cəmiyyətləri kimi görkəmli üzvləri var.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri