Fev
2018
02:02
188
63
10454
Virtual karabakh

“SpaceX” ən ağır raketini fəzaya buraxdı: Marsa avtomobil göndərildi – VİDEO

7 Fev, 2018
02:02
10454

“SpaceX” ən ağır raketini fəzaya buraxdı: Marsa avtomobil göndərildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “SpaceX” şirkəti çərşənbə axşamı öz yeni yüksək ağırlıqlı “Falcon Heavy” raketinin ilk buraxılışını həyata keçirib.

Oxu.Az xəbər verir ki, Kanaveral burnundakı buraxılış meydançasında baş verən proses şirkətin saytında canlı yayımlanıb.

“Falcon Heavy”nin göyərtəsində faydalı yük var. Bu, “SpaceX” şirkətinin təsisçisi və sahibi İlon Maskın şəxsi kolleksiyasından olan qırmızı rəngli “Tesla Roadster” avtomobilidir. Maşının sükanı arxasında “SpaceX” skafandırlı “Starman” manekeni əyləşib.

Raket 27 mühərrik və üç çarvadar bloku ilə təchiz edilib. Startdan dərhal sonra iki blok “Falcon Heavy”dən ayrılıb. Onlar Yerə endiriləcək və bu bloklardan növbəti buraxılışlar zamanı istifadə olunacaq. Üçüncü blok “Tesla”nı Günəş ətrafındakı heliosentrik orbitə çıxaracaq. Bu orbit adətən Marsa səyahət üçün istifadə olunur. Bundan sonra üçüncü blok da Yerə qayıdacaq. “Tesla” orbitdə hərəkətini müstəqil şəkildə davam etdirəcək.

A.M.
www.оxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri