27 
Mar
2018
17:10
99
22
2261
Virtual karabakh

“Microsoft” dünyada ilk bir trilyon dollarlıq şirkət ola bilər

27 Mar, 2018
17:10
2261

“Microsoft” dünyada ilk bir trilyon dollarlıq şirkət ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Morqan Stenli şirkətinin analitikləri “Microsoft”un 12 ay ərzində dünyanın ilk 1 trilyon dollarlıq şirkəti olma adını qazanacağını güman edir.

Oxu.Az xəbər verir ki, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan Morqan Stenli açıq bulud xidmətinə artan marağın “Microsoft”u  dünyanın ilk bir trilyon dollara çatan şirkətə çevirəcəyini təxmin etdiyini bildirib.

Şirkət “Microsoft”un səhm qiymətini 110 dollardan 130 dollara yüksələrək, büdcəsinin bir trilyon dollara çatacağını iddia edib:

“Microsoft” səhmləri həftəyə 94 dollar səviyyəsində bir başlanğıc edib. Şirkətin mövcud bazar dəyəri isə 722 milyard dollardır”.
 
“Microsoft” açıq bulud məhsulu “Azure”un 2017-ci ildə 98 faiz gəlir artımı yaşadığını və bu məhsul ilə “Office 365”in də içərisində olduğu bulud departamentinin dəyərinin 5,3 milyard dollara yüksəldiyini açıqlayıb.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri