11 
May
2018
14:50
49
60
2822
Virtual karabakh

“Nar” istifadəçilərinin sayı açıqlandı

11 May, 2018
14:50
2822

“Nar” istifadəçilərinin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nar” istifadəçilərinin sayı 2,0720,488 nəfər təşkil edib.

Oxu.Az xəbər verir ki, bunu “Azerfon” MMC-nin (“Nar”) baş icraçı direktoru Dr. Qunnar Pankenin 2018-ci ilin birinci rübü üzrə fəaliyyət hesabatının təqdimatında bildirib.

O qeyd edib ki,  mobil internetdən istifadəçilərin sayına görə “Nar” ən yüksək göstəriciyə nail olub. Belə ki, mobil internetdən istifadənin həcmi Bakı və Abşeron yarımadasında 88%, bölgələrdə isə 28% artıb.

Q. Pankenin sözlərinə görə, 2018-ci ilin birinci rübündə “Nar” 4G stansiyalarının sayını çoxaldıb. Məlum olub ki, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza stansiyası quraşdırılıb. Metrostansiyalarında LTE xidməti təmin edilib:

“Bizi digər mobil operatorlardan sərfəli tarif paketləri fərqləndirir. Gəlirlərimizin artması dinamikasına görə Azərbaycanda liderik. Sərmayələrin miqdarı artıb. Hazırda böyük investisiyalar şəbəkənin artımına planlaşdırılıb. Əsas investisiyaları 4G-yə yönəltmişik”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri