20 
Avq
2018
10:00
48
147
10461
Virtual karabakh

“Samsung Galaxy Note 9” smartfonları tezliklə Bakıda

20 Avq, 2018
10:00
10461

“Samsung Galaxy Note 9” smartfonları tezliklə Bakıda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung Galaxy Note 9” flaqmanının  Azərbaycanda satışa çıxarılmasının rəsmi başlanğıc tarixi 31 avqust elan edilib. 

Görəsən, yeni smartfon bizi nə ilə  sevindirəcək? Gəlin araşdıraq.

Yeni modeldə əsas yeniliklər baş verib:

Yenilənmiş və Bluetooth ilə çalışan S Pen qələmi, artırılmış akkumulyator, iki dəfə artmış daxili yaddaş (128GB), intellektual kamera.

Yeni modelin bir neçə əsas üstünlüklərinə diqqət yetirək. 

“Galaxy Note 9” modelində istehsalçı S Pen stilusunun imkanlarını nəzərə çarpacaq dərəcədə genişləndirib. Aksessuara Bluetooth modulu əlavə edilib. Ekranda qeydlər aparmaqdan başqa, onun vasitəsilə telefonu məsafədən idarə etmək mümkündür. Məsələn, S Pen stilusunu şəkil çəkmək üçün və ya musiqinin başladılması və ya dayandırılması düyməsi kimi istifadə etmək olar.

Maraqlısı odur ki, smartfonla bir dəstdə təqdim edilən stilusun və onun ekranda təsvirinin rəngi artıq smartfonun rəngindən asılıdır. Məsələn, sarı stilus sarı rənglə çəkəcək. Ən əsası odur ki, kənar istehsalçılar tərəfindən stilusun imkanları daima genişləndiriləcək.

Texniki  xüsusiyyətlərə gəldikdə isə, əsas xoşagələn dəyişiklik quraşdırılmış yaddaşın minimal həcminin iki dəfə artmasıdır, yəni 6 GB operativ yaddaşda 128 GB-dək. Bununla yanaşı, 512 GB həcminə malik Mikro SD kartını əlavə etmək imkanı da var.   

Daha bir xoş dəyişiklik 3300 mAs-dan 4000 mAs-dək artırılmış akkumulyatordur. Bu akkumulyator smartfonun ən azı bir gün ərzində əlavə enerji ilə doldurmadan fasiləsiz işləməsini təmin edir.

Bundan başqa, “Samsung DeX” funksiyasına əhəmiyyətli dəyişikliklər əlavə edilib: artıq fəaliyyəti üçün dok-stansiya tələb olunmur. Smart-pad birbaşa monitora qoşula bilər və ondan desktoplu PK kimi istifadə etmək olar.

“Samsung Note 9”-da giriş/çıxış yuvaları dəstini dəyişməyib: yaddaş kartı üçün slotu, qulaqcıqlar üçün audiogiriş 3,5 mm və nəbzölçən dəyişilməz olaraq qalıb.  

Samsung Galaxy Note 9 toz və sudan IP 68 standartı üzrə mühafizə olunub. Bu isə onun 1,5 metr dərinlikdə distillə edilmiş suda yarım saat ərzində işləmək qabiliyyətinə malik olması deməkdir.

“Galaxy Note 9” ekranı Super AMOLED texnologiyası üzrə hazırlanıb, displeyin diaqonalı bir qədər böyüyüb və 6,4 düyüm təşkil edir.

Sevindirici hal odur ki, şirkət 3,5 mm-lik audio-girişdən imtina etməyib, Dolby Atmos həcmli səsi dəstəkləyən AKG stereo dinamikləri, NFC modulu var, naqilsiz enerji yığma cihazını və Bluetooth 5.0 dəstəkləyir, korpusu isə IP68 standartı və 7000-ci seriya alüminium ilə mühafizə edilib.     

Sələfi ilə müqayisədə ən əsas xarici dəyişikliyi, arxa kameranın ikili modulundan aşağı daşınmış barmaq izləri skaneridir. Yeni model istehlakçılara üç rəngdə təqdim ediləcək: qızılı (mis), göy və qara.

Kamera haqqında xüsusi olaraq danışmaq lazımdır. 12 MP-lik əsas modul qaranlıqda gecə çəkilişi və açıq işıqda çəkiliş aparmaq üçün diafraqmanı f/1,5 və f/2,4 arasında dəyişmək bacarığına malikdir. İkinci modul ikiqat optik yaxınlaşdırma ilə çəkiliş aparmağa imkan verir və portret şəkillərinin yaradılmasında istifadə olunur.

Bundan başqa, artıq hazır olan şəkillərdə arxa fonun bulanıqlıq dərəcəsini dəyişmək imkanı yaradılıb. 960 kadr tezlikli yavaşıdılmış videonun yazılış vaxtı 0,4 saniyəyədək artırılıb ki, bu da “Galaxy S9” və “Galaxy S9 Plus” ilə müqayisədə iki dəfə artıqdır.

Kamera süni intellektlə təchiz edilib və optimal çəkiliş rejimini seçməklə, 20-yə yaxın səhnəni tanıyır. Bundan başqa, smartfon yayılmış və gözlər bağlı düşmüş şəkilləri tapır və istifadəçiyə bu barədə məlumat verir.

Mühüm olan odur ki, yeni modeldə soyutma sistemi təkmilləşdirilib ki, bu da smartfonun həddindən artıq qızmasını və üstəlik, daha çox xoşagəlməz hadisələrin baş verməsini istisna edir.

Yeni flaqmanın qiyməti 2099 AZN təşkil edir. Bununla yanaşı, 16 sentyabradək bu cihazı əldə  edən hər bir alıcıya naqilsiz enerji yığma cihazı və  (Power Pack) enerji yığma cihazları dəsti təqdim ediləcək.

“Samsung”un Azərbaycanda rəsmi partnyorları: Baku Electronics, Kontakt Home, Irshad Electronics, Maxi.az, Soliton.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri