29 
Avq
2018
16:25
34
121
10788
Virtual karabakh

Azərbaycanın ikinci peykinin buraxılış tarixi dəyişdirildi

29 Avq, 2018
16:25
10788

Azərbaycanın ikinci peykinin buraxılış tarixi dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “Azerspace-2/Intelsat 38” ikinci geostasionar peykinin buraxılış tarixi cari il sentyabrın 7-dən 18-nə keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Trend” “Arianespace” şirkətinin açıqladığı kosmik buraxılışların siyahısına istinadən məlumat verir.

“Azerspace-2/Intelsat 38” peyki “Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.

Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı, “Horizons 3e” peykini də aparacaq.

Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri