Fev
2019
10:53
16
58
1616
Virtual karabakh

“Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir

Hər zaman texnologiya bazarına yeniliklər gətirən, innovasiyalar təqdim edən Çinin qabaqcıl texnologiya şirkəti olan “Huawei” artıq dünya üzrə smartfon bazarına mühüm yeniliklər gətirən yeni modelini təqdim edib. 

Şirkətin yeni model smartfonu olan Mate 20 Pro-da əvvəlki nəsil smartfonlarda olmayan mühüm xüsusiyyətlər vardır və bu xüsusiyytlər onu öz digərlərindən daha üstün edir. 

Şirkət bu flaqman modeli ilə daha uzun müddət enerjini saxlayan enerji bloku (batareya), süni intellekt texnologiyası ilə çalışan kamera sistemi, məsafədən enerjinin digər qurğulara ötürülməsi texnologiyası, üz tanıma mexanizmi, mühüm yeniliklər təqdim edən əməliyyat sistemi və s. tətbiq edib. 

“Huawei Mate 20 Pro” tətbiq olunmuş texnoloji həllərə görə öz sinfində yenilikçi bir smartfon modelidir. Mate 10 Pro modeli ilə müqayisədə Mate 20 Pro modeli nisbətən uzundur. Displeydəki 0.39 düym fərq isə smartfonun ümumi qabaritində elə də mühüm fərq kəsb etmir. 

“Huawei Mate 20 Pro”da displey 2K + imkanlara sahib OLED displeydir (19.5 – 3120 x 1440 nöqtə formatında). Piksellərin sıxlığı isə 538 ppi-dır. Bu da gündəlik istifadə üçün çox mühüm imkanlar və səviyyə deməkdir. 

Telefonun dizaynında da mühüm elementlər istifadə olunub. Arxa hissədə fleş işıq və kameralar dördbucaqlı blokda birgə yerləşdirilib. Bu da smartfona müasir və innovativ görünməyə imkan verir.

“Huawei” şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. “Huawei” dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.

“Huawei” CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri