23 
Apr
2019
09:37
24
105
12087
Virtual karabakh

Şifrəniz bunlardan biridirsə, dərhal dəyişin

23 Apr, 2019
09:37
12087

Şifrəniz bunlardan biridirsə, dərhal dəyişin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Kibertəhlükəsizlik üzrə Milli Mərkəzi virtual dələduzların müdaxiləsinə ən həssas olan, sadə dillə desək, ən “zəif” şifrələrin siyahısını dərc edib.

Siyahını hazırlayan zaman mütəxəssislər yüz minə yaxın şifrənin saxlanıldığı ictimai məlumatlar bazasını təhlil edib.

Ən “zəif” şifrə “123456” rəqəmlərindən ibarət şifrədir. Hesablamalara görə, bu şifrədən 23 milyondan çox insan istifadə edir. İkinci yerdə isə “123456789” (7,7 milyon istifadəçi) rəqəm ardıcıllığı gəlir.  

Üçüncü yerdə “QWERTY” klaviş kombinasiyası (3,8 milyon), dördüncü yerdə “password” (3,6 milyon) şifrəsi gəlir. İlk beşliyi isə “1111111” (3,1 milyon) tamamlayır.

Bundan başqa, ekspertlər qeyd edir ki, minlərlə istifadəçi şifrə olaraq sevimli futbol komandalarının adından istifadə edir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri