20 
May
2019
08:51
49
228
6803
Virtual karabakh

“Huawei” telefonlarının sahibləri “Android” və “Google”dan istifadə edə bilməyəcəklər - YENİLƏNİB

20 May, 2019
08:51
6803

“Huawei” telefonlarının sahibləri “Android” və “Google”dan istifadə edə bilməyəcəklər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkətinin nümayəndəsi “Huawei” telekomunikasiya şirkəti ilə əməkdaşlığın dayandırılmasını şərh edib.

Onun sözlərinə görə, “Huawei” telefonlarını artıq almış insanlar “Google Play” və “Google Play Protect” tətbiqlərindən istifadəni davam etdirə biləcəklər.

***

04:35

Amerikanın “Google” şirkəti Çinin “Huawei” şirkəti ilə bizness-əlaqəni dayandırır.

Reuters xəbər verir ki, Çin şirkəti ABŞ sanksiyaları altına düşdüyündən onun “Google” texnologiyalarına çıxışı məhdudlaşdırılır.

Bu o deməkdi ki, “Huawei” qadjetləri “Android” sisteminin yenilənməsini almayacaqlar. Bundan əlavə, “Huawei” istifadəçiləri “Google”, “Google Play” və “Gmail” kimi proqramlara çıxışını itirəcək.

Buna baxmayaraq, Çin şirkətinin qadjetlərinə “Android”ın İnternetdə sərbəst axtarışda olan versiyasını yükləmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri