10 
Okt
2019
15:30
16
82
6175
Virtual karabakh

“Samsung”dan “Azərpoçt”un ölkə əhalisinə müraciəti ilə bağlı rəsmi - AÇIQLAMA

Sentyabr ayının 24-dü day.az, Trend.az saytına istinadən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin yanında fəaliyyət göstərən “Azərpoçt” MMC-nin ölkə əhalisinə müraciəti haqqında məlumatı paylaşıb. 

Məlumata əsasən, “Azərpoçt” MMC son zamanlar qurum adından əhaliyə “Azərpoçt” MMC-nin loqosu ilə saxta bildirişlərin göndərildiyi haqqında xəbərdarlıq edir. Bildirişin məzmununa görə, istifadəçinin bank kartı məlumatlarının qeyd etməsi müqabilində, ona “Samsung Galaxy 10” məhsulu hədiyyə olunması vəd edilir. Beləliklə, aldadılmış sakinlərin hesablarından pul vəsaitləri silinir.  

Öz növbəsində, “Samsung”un Azərbaycanda rəsmi nümayəndəliyi də bu məsələ ilə bağlı açıqlama verərək, bu bildirişlərin şirkətlə heç bir əlaqəsi olmadığını qeyd edib.

Şirkət bildirib ki, bütün rəsmi “Samsung” məhsulları yalnız xüsusi alış-veriş mərkəzlərində və şirkət tərəfdaşlarının mağazalarında əldə oluna bilər və şəxsi məlumat müqabilində şirkət tərəfindən hər hansı məhsulun təqdim edilməsi həyata keçirilmir.

Həmçinin, “Samsung” keçirilən aksiyalarla bağlı bütün məlumatın şirkət tərəfdaşlarının rəsmi saytlarında və sosial şəbəkə hesablarında, həm də KİV vasitəsi ilə geniş ictimaiyyətə təqdim olunduğunu qeyd edib. 

Əziz vətəndaşlar, diqqətli olun! Bu kimi bildirişlərin “Samsung” şirkəti ilə əlaqəsi olmadığını bir daha diqqətinizə çatdırırıq. Həmçinin, qeyd etmək istəyirik ki, brauzeriniz sizi yönləndirdiyi kənar saytlarda olan  məlumatlar həqiqətə uyğun deyil, belə ki, onlar zərərli proqramlar tərəfindən yaradılır.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri