15 
Okt
2019
05:48
20
67
2658
Virtual karabakh

“İnnovasiya həftəsi”ndə robot şouları nümayiş etdiriləcək

15 Okt, 2019
05:48
2658

“İnnovasiya həftəsi”ndə robot şouları nümayiş etdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18-24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə “InnoWeek – İnnovasiya həftəsi” təşkil olunacaq.

Bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, “İnnovasiya həftəsi” çərçivəsində bir sıra maraqlı tədbrlər təşkil olunacaq.

Belə ki, “Roboday” sərgisində robotlarla iş imkanı yaradan təlimlər keçiriləcək və robot şouları nümayiş etdiriləcək. Sərgidə gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat veriləcək.

Bundan əlavə “İnnovasiya həftəsi” çərçivəsində “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı, 2-ci “Bakı Elektron Ticarət Forumu”, “Euroasia İnnovation Day”, “İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçiriləcək, eləcə də “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda “dəyirmi masa” və “Kaspersky Security Day” platforması təşkil ediləcək.

Tədbirlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılır.

“InnoWeek – İnnovasiya həftəsi”nə daxil olan bütün tədbirlər Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri