21 
Noy
2019
13:39
8
105
1565
Virtual karabakh

“Facebook” və “Google” məxfiliyi pozur - İDDİA

“Amnesty International”ın baş katibi Kumi Naydu “Facebook” və “Google”la bağlı hesabat hazırlayıb.

“TheVerge”nin məlumatına görə, yeni hesabatda texnologiya nəhənglərinin iş modelinin insan haqlarına zidd olduğu bildirilir.

Hesabat böyük texniki şirkətlərin nəzarəti fonunda hazırlanıb.

Hesabatda deyilir ki, “Facebook” və “Google” dünyada milyardlarla insana daim nəzarət etməklə, onların hüquqlarını və söz azadlıqlarını pozur.

Buna görə də hər iki şirkət biznes üsullarını dəyişməlidir.

İnternet bütün dünyada insanların həyatlarının ayrılmaz hissəsidir.

“Böyük beşliy”ə daxil olan texniki şirkətlər - “Apple”, “Amazon”, “Google”, “Microsoft” və “Facebook” faktiki olaraq bütün onlayn xidmətlərdə hakimdir.

“Facebook” və “Google” isə onların ən güclüsu olduğundan daha təhlükəli hesab olunurlar.

“Amnesty International”ın baş katibi milyardlarla insanın “Facebook” və “Google” tərəfindən tələb edilən şərtlərlərdən başqa, bu ictimai məkana girməyə başqa seçimi olmadığını qeyd edib.

 “Facebook” hazırda “istifadəçi məxfiliyinin pozulması” iddiası ilə istintaq altındadır.

“Google” isə məlumat toplamaq siyasəti məsələsi ilə qarşı-qarşıyadır.

“Biz hamımız tələdəyik. Ya şəxsi məlumatlarımızı hər an özümüzə qarşı istifadə edə biləcək bu mexanizmin tələblərinə uyğun davranmalıyıq, ya da rəqəmsal dünyanın üstünlüklərindən imtina etməliyik”, - deyə Naydu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri