24 
Yan
2020
11:58
32
23
1713
Virtual karabakh

“Huawei” 2019-cu ildə dünyaya yeni nəsil əlaqə gətirən 6.9 milyon 5G smartfonu bazara çıxarıb

“Huawei” İstehlakçı Biznes Qrupu (İBQ) 2019-cu ildə dekabr ayı üzrə kompleks 5G texnologiyaları təklif etməkdən əlavə 6.9 milyon ədəd 5G smartfonu bazara çıxardığını elan etdi.

Güclü satışlar “Huawei”-in 5G Tədqiqat və İnkişafa möhkəm bağlılığını əks etdirir və 5G texnologiyasında “Huawei”in lider mövqeyini gücləndirir.

2019-cu ildə “Huawei” 8 ədəd 5G smartfonu təqdim etməklə istehlakçılara 5G texnologiyası gətirib: HUAWEI Mate 30 Pro 5G, HUAWEI Mate 30 5G, PORSCHE DESIGN HUAWEI Mate 30 RS, HUAWEI Mate 20 X (5G), HUAWEI nova 6 5G, HUAWEI Mate X, Honor V30 Pro və Honor V30. 5G NSA və SA şəbəkə rejimlərini dəstəkləyən bütün “Huawei” 5G smartfonları ilə “Huawei”-in 5G təchizatlı cihazları gələcək bir 5G cihazı axtaran istehlakçılar üçün açıq seçimdir.

Markanın müxtəlif təklifləri 5G təcrübəsini hamı üçün demokratikləşdirərək bazara geniş çeşiddə standart qiymətlərlə 5G texnologiyası gətirir.

“Huawei” aşağıdakılar da daxil olmaqla, tam spektrdə 5G texnologiyaları təklif edən bir sənaye lideridir: 5G infrastruktur texnologiyası, 5G şəbəkə avadanlığı (baza stansiyaları, əsas şəbəkələr, optik şəbəkələr və mmWave təchizatlı texnologiya), 5G çipsetləri (baza stansiyası çipləri, radio modem çipləri, smartfon çipləri) və 5G son istifadəçi cihazları (smartfonlar, abunəçi avadanlıqları (CPE), portativ yönləndiricilər və tabletlər). 2020-ci ilə girərkən “Huawei”-in 5G cihazları və infrastrukturu həmişəkindən daha çox istehlakçıya 5G vasitəsilə dünya ilə əlaqə yaratmaq imkanı verir.

Qeyd edək ki, “Huawei”-in məhsul və xidmətləri 170-dən çox ölkədə mövcuddur və dünya əhalisinin üçdə biri tərəfindən istifadə olunur. Amerika Birləşmiş Ştatları, Almaniya, İsveç, Rusiya, Hindistan və Çində on dörd Tədqiqat və İnkişaf mərkəzi yaradılıb.

“Huawei” İstehlakçı BQ “Huawei”in üç struktur bölməsindən biridir və smartfonlar, fərdi kompüter və tabletlər, daşına bilən elektronika və bulud xidmətləri və s.-i əhatə edir. “Huawei”in qlobal şəbəkəsi telekommunikasiya sənayesində 30 ildən çox təcrübə ilə yaradılıb və ən son texnoloji tərəqqiləri dünyadakı müştərilərə çatdırmaq üçün xidmət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri