Apr
2020
15:52
708
131
6796
Virtual karabakh

Azərbaycanda bir ilk - “Point Blank” indi Azərbaycan dilində - VİDEO

2 Apr, 2020
15:52
6796

Azərbaycanda bir ilk - “Point Blank” indi Azərbaycan dilində - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın populyar “MMOFPS” və “Espor” oyunu “Point Blank Nfinity Games” təşəbbüsü ilə ana dilimizdə istifadəyə təqdim olunub.

2020-ci il martın 20-dən “Nfinity Games”, “TAM Game Oyunçu Portalı” nəzdində fəaliyyət göstərən və bu il 10 yaşını qeyd edən “MMOFPS” Point Blank ilə oyunçulara sadəcə Türkiyədə yox, Azərbaycanda və ərəb ölkələrində də ən yaxşı xidməti və oyun təcrübəsini təqdim etmək üçün ilk günün həyəcanı ilə işləməyə davam edir. 

“Nfinity Games” “Point Blank” sevənlər üçün yeni alış-veriş təcrübəsi yaşadan və oyun üçün məhsul satışını veb və mobil platformalarına daşımaqla xidmət sektorunda ilkə imza atan “TAM Store” layihəsinin ardınca daha bir yeniliklə qarşımızdadır.

“Point Blank” artıq Azərbaycan dilindədir.

Azərbaycanlı oyun həvəskarları öz sevimli “Point Blank” oyununu artıq daxili səsləndirmə ilə yanaşı, həm də öz dilimizdə də oynaya biləcəklər. Böyük sevinclə qeyd etmək istəyirik ki, “Point Blank” timsalında Azərbaycan ana dilində ilk “FPS” oyununa beləcə qovuşub. “Nfinity Games” olaraq bu təşəbbüs sayəsində daha bir yeniliyə imza atmağın və Azərbaycana ilk ana dilində “FPS” oyunu təqdim etməyin qürurunu yaşayırıq.

“Nfinity Games” bölgədəki oyunçuları daha aktiv qrup halına gətirmək və yerli oyunçularımızın daha əyləncəli mühitdə oyundan həzz almaları üçün başqa layihələr də reallaşdırmağa davam edəcək.

“Nfinity Games”in baş direktoru Dongjune Shin çıxışında qeyd edib:

“Azərbaycan 2020-ci ildə “Nfinity Games” üçün önəmli prioritetlərdən biri olub. Artan tələbat və azərbaycanlı oyunçuların böyük marağı bizim üçün yeni fürsətlər yaratdı. Bu işin üstündə gərgin çalışdıq və nəticədə azərbaycanlı oyunçulara dil dəstəyi təqdim etmək böyük həyəcana səbəb oldu. Azərbaycanlı oyunçulara öz ana dillərində təqdim olunmuş ilk “FPS” oyunu olmaq bizim üçün böyük sevincdir”.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri