11 
Noy
2020
15:13
394
18
2910
Virtual karabakh

“Azercell” həmvətənlərimizlə qələbə sevincini bölüşür!

2020-ci il noyabr ayının 10-u bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu. Şanlı Azərbaycan ordusu Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 30 illik Vətən həsrətinə son qoymuş oldu. Ölkəmizin tarixində yeni səhifə açan bu möhtəşəm qələbə münasibətilə “Azercell Telekom” bütün Azərbaycan xalqını ürəkdən təbrik edir.

“Azercell Telekom”un hazırda ən əsas vəzifəsi və məqsədi xəritəmizdə, nəhayət ki, tam olaraq öz mövqeyini bərpa edən ərazilərdə sürətli şəkildə, tam gücü ilə 4G şəbəkəsinin genişləndirilməsinə təkan vermək və Qarabağ torpaqlarına qayıdacaq əhalini ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətləriylə təmin etməkdir.
 
Qeyd etmək yerinə düşər ki, döyüşlərin getdiyi bir aydan artıq bir müddətdə gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, “Azercell” əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanılıb. Belə ki, son göstəricilərə əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib.

Həmvətənlərimiz arasında həmrəylik və qələbə ruhunun yüksək səviyyədə saxlanılması, eləcə də Qarabağ mədəniyyətinin zəngin irsinə hörmət əlaməti olaraq “Azercell” şirkəti tərəfindən sosial mediada #gəlirik şüarlı sosial kampaniya keçirilmiş və izləyicilər arasında böyük əks-səda yaratmışdır.

Belə ki, #gəlirik kampaniyasının Şuşaya həsr edilmiş videosu brendlər arasında sosial şəbəkələrdə Azərbaycan üzrə ən bəyənilən (120 mindən çox reaksiya) və ən paylaşılan (13 mindən çox paylaşım) videosu oldu:

https://www.facebook.com/azercell/posts/101581;/93722528303

Qeyd edək ki, döyüşlərin getdiyi ilk günlərdən “Azercell” şirkəti Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb. Bundan əlavə, cəbhə bölgələrinə ezam edilmiş bütün media əməkdaşlarına və erməni təxribatına məruz qalmış Bərdə və Gəncə şəhərlərinin sakinlərinə də şirkət tərəfindən rabitə dəstəyi göstərilib.

“Azercell Telekom” bundan sonra da ölkəmizin əminamanlığı və sosial-iqtisadi inkişafı, bütün Vətən torpaqlarında mükəmməl rabitənin qurulması istiqamətində səylərini var gücü ilə davam etdirəcək.

Qələbəmiz mübarək olsun!

Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri