Dek
2020
16:55
27
198
2723
Virtual karabakh

ÜST pandemiya dövründə video oyunların təhlükəsini açıqladı

9 Dek, 2020
16:55
2723

ÜST pandemiya dövründə video oyunların təhlükəsini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası dövründə video oyunlara olan həvəs psixoloji stressə və  funksional pozğunluqların inkişafına səbəb ola bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələr və addiktiv davranış sahəsində mütəxəssisi Vladimir Poznyak bəyan edib.

Mütəxəssis, milyonlarla insanın asudə vaxtını keçirmək üçün video oyunlar oynadığını bildirib. O, onlayn və oflayn fəaliyyət arasında tarazlığı qorumağın vacib olduğunu qeyd edib.

“COVID-19 pandemiyası kimi çətin anlarda - insanların evdə qaldığı və normal gündəlik rejimin əhəmiyyətli dərəcədə pozulduğu zaman, həddindən artıq video oyun kimi zərərli davranışlara qapılmaq asandır”, - deyə o vurğulayıb.

Poznyak onu da bildirib ki, 2022-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının yenilənmiş versiyasına “kompyuter oyunlarına aludəçilik” də əlavə edilib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri