13 
Yan
2021
14:00
31
65
2591
Virtual karabakh

2021-ci ilin ilk “Samsung Galaxy” “Unpacked” mərasimindən nə gözləməli?

13 Yan, 2021
14:00
2591

2021-ci ilin ilk “Samsung Galaxy” “Unpacked” mərasimindən nə gözləməli?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son ildə bir çox dəyişikliklər baş verib, ətrafımızda dəyişən dünyada bizim də şəxsi məkana və işə olan baxışımız dəyişib. Bu səbəbdən günümüzdə, həyatımızın digər tərəflərini nəzərə alaraq, ofis xaricində işləməyə kömək edə biləcək texnologiyalar daha da tələb olunandır. Belə ki, yeni reallıq gündəlik həyatı dəyişdirən innovasiyalara ehtiyac duyur. Bir çox istehsalçı kimi “Samsung” da, 2020-ci ili universal məhsullar yaratmağa həsr edib və yeni ilin əvvəlində bu yolu davam etdirərək, bizi tamamilə yeni cihazlarla tanış etməyi düşünür. Beləliklə, bu həftə “Samsung”un bir neçə yeni məhsulunu təqdim edəcəyi “Galaxy” “Unpacked” tədbiri baş tutacaq.

Anons 14 yanvar tarixində nəzərdə tutulub ki, bu barədə şirkət rəsmi olaraq öz “YouTube” kanalında və “Samsung” şirkətinin saytında, video paylaşaraq elan edib. Qeyd edək ki, bu il “Galaxy” “Unpacked” mərasimi virtual formatda keçiriləcək. Təqdimat şirkətin rəsmi saytında və “Samsung”un “YouTube” kanalında canlı yayımlanacaqdır.

Tədbirin “Welcome to Everyday Epic”, şüarı altında keçiriləcəyi gözlənilir. Dünya şöhrətli şirkət bu şüarı əsas tutaraq, gündəlik həyatımızı daha da epik edəcək yeni təcrübələr haqqında daha çox məlumat əldə etmək üçün hər birimizi mərasimdə iştirak etməyə dəvət edir. Artıq məlumdur ki, yeni “Galaxy” cihazlarını tanıtması üçün nəzərdə tutulan “Make Your Everyday Epic” adlanan qlobal marketinq strategiyası çərçivəsində Samsung 2021-ci ildə də BTS ilə əməkdaşlığa davam edəcək. Bu haqda şirkət öz rəsmi saytında bəyan edib. Məqalədə bildirilir ki, K-POP mədəniyyətinin ən görkəmli nümayəndələri ilə əməkdaşlığın əsas məqsədi “Galaxy” istifadəçiləri üçün ən yaxşı mobil təcrübənin təmin olunmasıdır.

Əlavə olaraq, şirkətin rəsmi sosial şəbəkə səhifələrində tədbirə həsr edilmiş xüsusi yarışma da təşkil edilir. Beləliklə, “Samsung” Azerbaijan sözü gedən mərasimi “Facebook” səhifəsində canlı izləyən hər kəsə hədiyyə qazanma şansı təqdim edir. Müsabiqənin bütün şərtləri ilə @samsungaze səhifəsində tanış ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri