27 
Yan
2021
07:30
579
34
2102
Virtual karabakh

“Tik-Tok” Hindistanda qadağan olundu

27 Yan, 2021
07:30
2102

“Tik-Tok” Hindistanda qadağan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistan hökuməti Çin mobil applikasiyalarına qarşı sanksiyaları sərtləşdirib və onlardan 59-nu həmişəlik qadağan edib.

Bu barədə “Times of India” qəzeti ölkənin Elektronika və İnformasiya Nazirliyinə istinadən məlumat yayıb. Qadağan olunmuş mobil əlavələr arasında “Tik-Tok”, “Baidu”, “WeChat” kimi məşhur proqramlar da var.

Nazirlik qərarın səbəblərini “Çin mobil proqramlarının Hindistanın suverenliyi və bütövlüyünə, həmçinin təhlükəsizliyinə zərər verməsi” ilə izah edib.

Qeyd edək ki, hindistanlı istifadəçilər Çin applikasiyalarını şəxsi məlumatlardan düzgün istifadə etməməkdə günahlandırıb və müvafiq qurumlara şikayət ediblər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri