Apr
2021
01:18
237
10
4494
Virtual karabakh

Gürcüstanın daha üç televiziya kanalı “Azerspace-1” peykindən yayıma başladı

2 Apr, 2021
01:18
4494

Gürcüstanın daha üç televiziya kanalı “Azerspace-1” peykindən yayıma başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərkosmos” Gürcüstanın “Media Holding” şirkəti ilə əməkdaşlıq müqaviləsi  imzalayıb.

Bu barədə peyk operatorunun yaydığı məlumatda bildirillib.

Əməkdaşlıq müqaviləsinə görə “Media Holding” şirkətinə daxil olan “Rustavi-2”, “Comedy TV” və “Marao TV” televiziya kanalları artıq “Azerspace-1” peyki üzərindən kommersiya yayımına başlayıb.

Geniş izləyici auditoriyasına malik olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik və mədəniyyət proqramları nümayiş olunur.

Qeyd edək ki, “Media Holding” şirkəti ilə əməkdaşlıq sayəsində artıq gürcü izləyicilərin 99%-i “Azerspace-1” peyki vasitəsilə yayımlanan televiziya kanallarına baxa biləcək.

“Azerspace-1” peykinin Avropa yayım şüası üzərindən təqdim olunan “Rustavi-2”, “Comedy TV” və “Marao TV” kanallarının yayım tezliyi belədir: 11095/H/30000

“Rustavi-2”, “Comedy TV” və “Marao TV” kanallarımızın “Azerspace-1” peykində keyfiyyətli formatda yayımlanmasından olduqca məmnunuq. “Azərkosmos”la bu əməkdaşlığımız sayəsində artıq kanallarımızı izləmək Gürcüstanın hər bölgəsində, xüsusilə digər ölkələrdə yaşayan gürcü vətəndaşlarımız üçün əlçatan olacaq”, – deyə “Media Holding” şirkətinin icraçı direktoru Zaza Gvelesiani bildirib.

“Azərkosmos” Gürcüstanın yayım bazarında altı ildir ki etibarlı xidmət göstəricilərinə görə öz lider mövqeyini qoruyub saxlamaqdadır. Əminik ki, “Media Holding” şirkəti ilə bundan sonra da gürcü kanallarının və tədbirlərin canlı yayımı üzrə əməkdaşlığımızı genişləndirəcəyik”, – deyə “Azerspace” kommersiya qrupunun rəhbəri Yolçu Həsənov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri