13 
May
2021
14:18
91
11
5784
Virtual karabakh

“Instagram”da smartfonları “öldürən” “hekayə” müəyyən edilib - VİDEO

13 May, 2021
14:18
5784

“Instagram”da smartfonları “öldürən” “hekayə” müəyyən edilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram”da “iPhone”u “öldürən” “hekayə” müəyyən edilib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Bildirilir ki, “Mrwhosetheboss” ləqəbli bloqer bu fenomenin səbəbini müəyyən edə bilib.

Əsl adı Arun Mayni olan bloqerin dediyinə görə mistik “hekayə” “@pgtalal”ın “Instagram” hesabında yerləşdirilib. İstifadəçi bu “hekayə”ni “iPhone”dan açarkən boz fonda ərəbcə bir sətirlik mətn görür. Bundan sonra “Apple” smartfonları donur və işini dayandırır.

“Android” istifadəçilərinin ekranlarında isə həmin vaxt başqa bir şey - bənövşəyi ekranda musiqi sədaları altında parçalanan konfeti görünür.

İnformasiya texnologiyaları sahəsindəki tədqiqatçı olan bloqer donmanın səbəbini müəyyən edə bilib. Onun sözlərinə görə, video müəllifi HTTP proksi istifadə edərək, “hekayə” interfeysinin elementlərinin genişliyini və hündürlüyünü dəyişdirib. Video səhv ölçüdə olduğu üçün cihazların işləməsini çətinləşdirib.

Arun Mayni “hekayə”nin “iPhone”u sıradan çıxarmaq üçün xüsusi olaraq yaradıldığını müəyyən edib. Bu səbəbdən bloqer “@pgtalal” hesabının sahibi ilə əlaqə saxlayıb. Məlum olub ki, bu 14 yaşlı yeniyetmədir. O, bu davranışını pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimində çox darıxması ilə izah edib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri