21 
May
2021
17:12
206
16
6368
Virtual karabakh

“WhatsApp”ın narazılığa səbəb olan yenilikləri Türkiyə sakinlərinə təsir etməyəcək

21 May, 2021
17:12
6368

“WhatsApp”ın narazılığa səbəb olan yenilikləri Türkiyə sakinlərinə təsir etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp”da məlumatların ötürülməsi ilə bağlı yeniliklər Türkiyə sakinlərinə təsir etməyəcək.

“Anadolu”nun məlumatına görə, bu barədə Türkiyənin Antiinhisar Şurası məlumat verib.

Bildirilir ki, məlumatların ötürülməsi, məxfilik siyasəti və istifadəçilər tərəfindən təsdiqlənməsi ilə bağlı sorğu daxil olmaqla “WhatsApp”ın yenilənmiş istifadə şərtlərindən sonra ölkənin Antiinhisar Şurası müvəqqəti tədbirlər gördü. Sonradan şirkət yeni qaydaların qəbulu prosesinin 2021-ci il mayın 15-dək təxirə saldı.

Şuranın bildirdiyinə görə, Antiinhisar Şurası tərəfindən görülən tədbirlərdən və aparılan araşdırmalardan sonra “WhatsApp” müvafiq yeniləmənin Türkiyədəki istifadəçilər üçün tətbiq edilməməsinə qərar verib.

Qərar bu yeniləmələri artıq qəbul etmiş istifadəçilərə də aiddir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri