16 
İyl
2021
10:30
65
136
4896
Virtual karabakh

Sahildə unikal formatlı elektronika mağazası təqdim olundu - FOTO/VİDEO

Ölkənin lider şəbəkələrindən olan “Kontakt” smart konseptli “Sahil” mağazasını tam yeni formatda müştərilərinə təqdim etdi. 

“Kontakt”ın unikal dizaynlı mağazası Sahilə yeni gənclik dalğası gətirdi. Çünki bu mağaza ruhu gənc olan hər kəsin ürəyinə yaxın olan atmosferi özündə cəmləşdirir. Bunu nəzərə alan “Kontakt” açılış mərasimini də məhz bu yöndə etdi.

Beləliklə, “Sahil” mağazasının rəsmi açılış mərasimində ziyarətçilər texnolojı suallara cavab tapıblar, “Playstation” oyunları oynadılar, sosial şəbəkələr üzərində müsabiqələrə qoşuldurlar. 

Bu sevinc yalnız oyun həyəcanı ilə bitmədi, çünki oyunlarda iştirak edənlər həm də şəbəkədən çox dəyərli hədiyyələr qazandılar.

Üstəlik açılışa özəl 50 %-dək endirim və 18 ayadək faizsiz kredit kampaniyasından da yararlandılar. 

Bütün bunların canlı şahidi olmaq üçün videonu izləyin:

BÜTÜN SMART MƏHSULLAR BİR ARADA

“Sahil” mağazasının 1-ci mərtəbəsində smartfonların, notbukların, planşetlərin, elektrikli nəqliyyat vasitələrinin və velosipedlərin, 2-ci mərtəbəsində isə televizorların geniş çeşidi təqdim olunub. 

Əlavə olaraq, mağazaya skuterlə gələn müştərilər nəqliyyatını mağazanın çölündə saxlamağa məcbur olmayacaq, elə onunla mağazada hərəkət də edə biləcəklər. 

Mağazada hətta hərəkət xətləri, parkinq zona və piyada keçid zolaqları da mövcuddur.

Bu unikal mağaza barəsində çox danışmaq olar, yaxşısı öz gözlərinizlə görməkdir. Çünki açılışa özəl endirim kampaniyası hələ davam edir!

AÇILIŞA ÖZƏL 50 %-DƏK ENDİRİMLƏR, ÇOX SƏRFƏLİ KREDİT ŞƏRTLƏRİ

Açılış münasibətilə iyulun 18-dək “Sahil” mağazasının müştərilərini:

- Nağd alışda hər növ smart məhsula 50 %-dək endirimlər;

- Kreditlə alışda isə smartfonlara, elektrikli nəqliyyat vasitələrə və velosipedlərə 12 ay faizsiz,bütün televizorlara isə 18 ay faizsiz təkliflər gözləyir.

Beləliklə, açılış münasibətilə “Kontakt Smart – Sahil” mağazasında:

- Uşaqlar üçün hiroskuteri ayda 29,20 manat;

- Samsung Galaxy A12 smartfonunu ayda 27,5 manat;

- 81 sm-lik Samsung televizorunu ayda 38,89 manat ödəməklə əldə edə biləcəksiniz. 

Qeyd edək ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 31 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri