26 
İyl
2021
02:29
4
2
3154
Virtual karabakh

Smartfonda interneti söndürmək üçün üç əsas səbəb açıqlandı

26 İyl, 2021
02:29
3154

Smartfonda interneti söndürmək üçün üç əsas səbəb açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Batareyanın şarjını qorumaq və trafikə qənaət etmək, həmçinin cihazdan istirahət etmək üçün arada telefonunuzda interneti bağlamağınız yaxşıdır.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyada “Rəqəmsal Platformalar” Muxtar Qeyri-kommersiya Təşkilatının baş direktoru Arseniy Şeltsin tövsiyələrini verib.

Onun sözlərinə görə, batareyanın sərfiyyatı arxa planda da baş verə bilir, çünki hər saniyə serverdən telefona məlumatlar ötürülür.

Bundan başqa mesajlaşmaların aktiv istifadəsi batareyanın enerji yükünü azaldır.

Bəzən siqnal zəif olanda da qadjet aktiv şəkildə işləyir, məsələn, mesaj ünvana çatana qədər ismarıc dəfələrlə yollanacaq.

Mütəxəssis bildirib ki, sosial şəbəkələr, messencerlər, tətbiqlər, elektron məktublar adətən elə quraşdırılır ki, insan mütəmadi olaraq sosial şəbəkəyə qayıdır.

“İnterneti söndürməklə təkcə trafikə, ya batareyaya qənaət etməyəcəksiniz, həmçinin informasiya yükündən dincələcəksiniz”, - deyə Şeltsin vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri