13 
Avq
2021
11:56
123
17
2443
Virtual karabakh

“Facebook” işçilərinin ofislərə qayıtmasını 2022-ci ilə qədər təxirə saldı

13 Avq, 2021
11:56
2443

“Facebook” işçilərinin ofislərə qayıtmasını 2022-ci ilə qədər təxirə saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” şirkəti koronavirusun “Delta” variantının yayılması səbəbindən gələn ilin əvvəlinə qədər işçilərinə məsafədən işləmək barədə göstəriş verib.

Bu barədə CNBC məlumat yayıb.

“Delta” variantı ilə əlaqədar koronavirusa yoluxma hallarının artması ilə bağlı ən son məlumatlara əsaslanaraq ABŞ-dakı əməkdaşlarımıza 2022-ci ilin yanvarına qədər ofislərə geri dönmək təlimatı verilməyəcək”, - şirkətin açıqlamasında deyilir.

Qeyd edək ki, ABŞ-da son zamanlar “Delta” ştammının yayılması səbəbindən koronavirusla mübarizə üçün əlavə tədbirlər tətbiq edilib. Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildirilib ki, ölkədə koronavirusa yoluxmaların 83 faizindən çoxunda məhz bu variant aşkarlanıb. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri