28 
Sen
2021
13:15
21
168
3499
Virtual karabakh

15 oktyabradək təklif edilən “iPhone 13” seriyası rəsmi deyil - FOTO

28 Sen, 2021
13:15
3499

15 oktyabradək təklif edilən “iPhone 13” seriyası rəsmi deyil - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə fəaliyyət göstərən “Apple” brendinin rəsmi tərəfdaşları “iPhone 13” seriyasının Azərbaycanda satışının 15 oktyabrdan başlayacağını elan etsələr də bəzi şəbəkələr və ya fərdi sahibkarlar məhsullara rəsmi sözü geyindirib artıq indidən alıcılara məhsulları təklif edirlər.

Azərbaycanda fəaliyyət göstərən “Apple” brendinin rəsmi şəbəkələri yalnız “Alma Store”, “İrşad”, “Baku Electronics”, “Kontakt Home”, “MyShop” mağazalarıdır. Bu məhsulları rəsmi satış şəbəkələrindən alarkən zəmanət xidməti, keyfiyyətli diaqnostika və orijinal komponentlər əldə edirsiniz.

“Apple” brendinin rəsmi “iPhone” 13 seriyasını əldə etmək üçün 15 oktyabradək gözləmək lazımdır. Yuxarıda adları keçən mağazalar bu məhsulları 15 oktyabrdan etibarən satışa təqdim edəcəklər. 15 oktyabra qədər əldə edilən “iPhone” 13 seriyası məhsulları isə qeyri-rəsmi məhsul kimi qəbul ediləcək və rəsmi zəmanət xidmətindən məhrum olacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri