12 
Dek
2021
07:30
188
19
3612
Virtual karabakh

“Apple Watch” istifadəçiləri aldıqları xəsarətlərlə əlaqədar şirkəti məhkəməyə verir - FOTO

12 Dek, 2021
07:30
3612

“Apple Watch” istifadəçiləri aldıqları xəsarətlərlə əlaqədar şirkəti məhkəməyə verir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple Watch” istifadəçiləri saatın nasaz batareyasına görə şirkəti məhkəməyə veriblər. Onların iddiasına görə, bu nasazlıq səbəbindən istifadəçilər xəsarət alıblar.

Şikayətçilər “Apple Watch Series 7”dən başqa bütün saatların batareyasının şişdiyini, nəticədə ekranın zədələndiyini və sahibinin yaralandığını deyirlər.

İstifadəçilər əmin edirlər ki, ağıllı saatların sıradan çıxması düzgün olmayan istifadə səbəbindən deyil, şirkətin təhlükəsizlik tədbirlərinə məhəl qoymamasına görə baş verir. Onlar hesab edirlər ki, istehsalçılar sadəcə olaraq saatın içərisində kifayət qədər yer qoymurlar.

İddiaçılar şirkətdən saatın qüsurlarını açıq şəkildə etiraf etməsini və hər kəsə dəymiş ziyanı ödəməsini istəyirlər.

Mənbə: Appleinsider

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri