21 
Dek
2021
13:04
39
112
3574
Virtual karabakh

“Aztelekom”un baş direktoruna birinci müavin təyin edildi

21 Dek, 2021
13:04
3574

“Aztelekom”un baş direktoruna birinci müavin təyin edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktoruna birinci müavin təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Aysel Soltanovaya həvalə olunub. O, bundan əvvəl nazirliyə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) baş direktorunun müavini, daha əvvəl isə “Azərkosmos” ASC-nin (hazırda Kosmik Agentlikdir) Marketinq Departamentinin rəhbəri olub və sonuncu vəzifəsinə bu ilin mart ayında təyin edilib. Hələ ki, onun yerinə təyinat olmayıb.

Xatırladaq ki, “Baktelekom”un baş direktoru Nail Mərdanovdur. “Aztelekom”da isə bu vəzifəni müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri