12 
İyn
2022
17:58
353
12
1520
Virtual karabakh

“Facebook” və “Instagram” uşaqlara zərər verməkdə ittiham olunur

12 İyn, 2022
17:58
1520

“Facebook” və “Instagram” uşaqlara zərər verməkdə ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” və “Instagram”ın uşaqlara zərər vurduğu üçün tətbiqlərin sahibi olan “Meta” korporasiyasına qarşı ABŞ-da səkkiz məhkəmə iddiası qaldırılıb. İddialar Texas, Tennessi, Kolorado, Delaver, Florida, Corciya, İllinoys və Missuri ştatlarının federal məhkəmələrinə verilib.

Zərərçəkmişlər sosial şəbəkələrin alqoritmlərinin uşaq və yeniyetmələrdə təhlükəli aludəçilik yaradacaq şəkildə qurulduğunu iddia edirlər.

Bundan əlavə, iddiaçıların fikrincə, “Facebook” və “Instagram” azyaşlıları qida pozulması, intihar, depressiya və yuxu pozğunluğu riskini artıran məzmuna baxmağa təşviq edir.

Bütün səkkiz işə baxan “Beasley Allen” hüquq firmasının vəkili Endi Barçfild qeyd edib ki, gənclər arasında sosial mediadan istifadə ABŞ-dakı mövcud psixi sağlamlıq böhranında əsas amil kimi qəbul edilməlidir.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri