Dek
2022
09:56
12
32
1056
Virtual karabakh

NETTY 2022 nominantları müəyyən edir, səsvermə başlayıb

1 Dek, 2022
09:56
1056

NETTY 2022 nominantları müəyyən edir, səsvermə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başlayıb. 1 dekabrdan 7 dekabradək müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyəti (münsiflər heyəti yalnız “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcəklər.

İnternet istifadəçilərindən öz növbəsində sosial login vasitəsilə Virtual Münsiflər Heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə təsir edə bilərlər.

Müsabiqədə qələbəyə iddia edənlərin NETTY 2022-in nominantlarının yekun siyahısı 8 dekabr tarixində elan ediləcək. Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq, NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək. Həmin dövrdə həmçinin müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.

NETTY 2022-nin qalibləri rəsmi olaraq 17 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilir. Mərasimə mükafatın bütün nominantları dəvət edilirlər.

Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlərin adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

2022-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:

1. Dövlət və Cəmiyyət
2. İqtisadiyyat və Biznes
3. Maliyyə və Banklar 
4. Elm, Təhsil və İnnovasiya
5. Səhiyyə, İdman və Turizm
6. İnformasiya və Xəbərlər
7. Mədəniyyət, İncəsənət və Yaradıcılıq

Bu il mükafatı dəstəkləyən tərəfdaşlarımız:

Baş tərəfdaş - NAR.

Mükafatın rəsmi tərəfdaşları: “DELL Technologies”, “Gulfstream Distribution” LLC, “SmartHost”, “Rasul Hasan Studio”, “Savalan Aspi Winery”, “Renley” şirkətləridir.

Ödəniş sistemi – “Epoint”.

Layihənin informasiya tərəfdaşları: Oxu.az, Media.az, banks.az, “Infocity” jurnalı, “Kaspi” qəzeti.
Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri