Dek
2022
09:57
5
30
990
Virtual karabakh

NETTY 2022-nin nominantları müəyyən edilib: Qaliblər mükafatlandırma mərasimində elan olunacaq

8 Dek, 2022
09:57
990

NETTY 2022-nin nominantları müəyyən edilib: Qaliblər mükafatlandırma mərasimində elan olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NETTY 2022-in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilib. İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib.

Nominantların yekun siyahısı ilə mükafatının saytında https://www.netty.az/az/nominants tanış olmaq mümkündür. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlayıb. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

Nominantlar içərisindən qaliblər 17 dekabrda mükafatlandırmanın rəsmi mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.

Bu il mükafatı dəstəkləyənlər:

Baş tərəfdaş - NAR.

Mükafatın rəsmi tərəfdaşları: “DELL Technologies”, “Gulfstream Distribution LLC”, “SmartHost”, “Rasul Hasan Studio”, “Savalan Aspi Winery”, “Renley” şirkətləridir.

Ödəniş sistemi - “Epoint”.

Layihənin informasiya tərəfdaşları: Oxu.Az, Media.az, banks.az, “Infocity” jurnalı, “Каспий” qəzeti.

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri