16 
Mar
2024
22:15
95
14
1723
Virtual karabakh

“Meta”nın qanunsuz narkotik satışında iştirakı araşdırılır

16 Mar, 2024
22:15
1723

“Meta”nın qanunsuz narkotik satışında iştirakı araşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Virciniya ştatı “Meta Platforms Inc” şirkətinin narkotik satışını asanlaşdırmağını araşdırır.

Çox güman ki, söhbət istifadəçilərin sosial şəbəkədə qadağan olunmuş maddələri satmaq cəhdlərindən gedir.

Hələ 2023-cü ildə prokurorlar müvafiq iddiaları məhkəməyə göndəriblər. Onlar “Meta” platformaları vasitəsilə narkotik və ya qadağan olunmuş maddələrin qeyri-qanuni satışı ilə bağlı internet qeydlərini tələb ediblər.

“Meta” nümayəndələri də öz növbəsində qeyri-qanuni vasitələrin satışının şirkətin siyasətinə zidd olduğunu bildiriblər.

Bildirilir ki, şirkət belə kontenti öz xidmətlərində tapmaq və silmək üzərində işləyir. Şirkət həmçinin istifadəçilərə bununla bağlı risklər barədə xəbərdarlıq edəcək.

Mənbə: octagon.media

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri