18 
Mar
2024
15:20
86
20
1655
Virtual karabakh

Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başladı

18 Mar, 2024
15:20
1655

Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailandda süni intellekt texnologiyasından depressiyaya düşən və intihar etmək istəyən insanlara kömək etmək üçün istifadə olunmağa başlanılıb.

Tailandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətinin qiymətləndirilməsini asanlaşdırır.

Tailand Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələri tərəfindən birgə hazırlanmış süni intellekt texnologiyası nazirliyin arxivindəki xəstələrlə bağlı səs yazılarını təhlil edir və depressiya əlamətlərini, intihar düşüncələrinə meyilliliyi aşkar edə bilir.

“AI DMIND” texnologiyası sınaq mərhələsində Tailandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi qənaətbəxş hesab edilib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri