21 
Mar
2024
12:20
46
55
2197
Virtual karabakh

Maskın şirkətinin implant qoyduğu ilk xəstə uğurunu sərgilədi: Düşüncə gücü ilə şahmat oynadı - VİDEO

21 Mar, 2024
12:20
2197

Maskın şirkətinin implant qoyduğu ilk xəstə uğurunu sərgilədi: Düşüncə gücü ilə şahmat oynadı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur iş adamı, sahibkar İlon Maskın “Neuralink” neyrotexnologiya şirkətinin beyninə implant yerləşdirdiyi ilk xəstə düşüncə gücündən istifadə edərək şahmat oynayıb.

Bununla bağlı videogörüntülər şirkətin “X” hesabında canlı yayımlanıb.

29 yaşlı Nolan Arbo öz həyat hekayəsini danışıb və təxminən səkkiz il əvvəl baş vermiş bədbəxt hadisə nəticəsində iflic olduğunu, çiyinlərindən aşağı hissiyyatını itirdiyini bildirib. İndi isə implant sayəsində o, öz notbukunun ekranında düşüncə gücü ilə şahmat taxtasında kursoru hərəkət etdirə və fiqurların yerini dəyişə bilir.

“Bu, hələ tam mükəmməl olmasa da, artıq həyatımı yaxşılaşdırıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, “Neuralink” yanvarın 28-də insan beyninə implant quraşdırılması üzrə ilk əməliyyat keçirib.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri