12 
Mar
2017
16:12
261
71
55759
Virtual karabakh

Dünyanın ən ağır insanı əməliyyatdan sonra ərəb rəqsini oynadı – VİDEO

12 Mar, 2017
16:12
55759

Dünyanın ən ağır insanı əməliyyatdan sonra ərəb rəqsini oynadı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən ağırçəkili qadını olan misirli İman Əhmad Əbdulati ağır əməliyyat keçirib. Mədəaltı vəzinin kiçildilməsi prosesindən sonra bir neçə rəqs hərəkətləri göstərən qadın hamını təəccübləndirib.

Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, Xəstəxanada əməliyyatdan öncə əlini belə çətinliklə tərpədən qadının əməliyyatdan sonra ərəb musiqisi sədaları altında rəqs etdiyi lentə alınıb.

Həkimlər müqayisə üçün qeyd ediblər ki, qadın xəstəxanaya yarım tona yaxın çəki ilə daxil olub. Əməliyyatdan sonra qadının çəkisi azaldılıb. Hazırda İman Əhmad Əbdulatinin çəkisi 400 kiloqramdan azdır.

Müəyyən olunmuş bütün zəruri prosedurlardan keçən İ.M.Əbdulati hələki maye və sulu qidalar qəbul edir. Stasionar müalicə müddəti bitdikdən sonra xəstə öz evində həkim nəzarətində saxlanılacaq.

İman Əhmad Əbdulati fevral ayında təyyarə ilə xəstəxanaya gətirilib. Martın 7-də əməliyyatla mədəaltı vəzi 15% -ə qədər kiçildilib.

İ.M.Əbdulati uzun illər fil xəstəliyindən əziyyət çəkir. Bundan əlavə insult keçirən qadın 25 il yataq xəstəsi olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri