May
2017
16:45
280
70
25646
Virtual karabakh

Tələbə: 600 bal yığacaqdım, müəllimin qısa geyimi fikrimi yayındırdı – VİDEO

3 May, 2017
16:45
25646

Tələbə: 600 bal yığacaqdım, müəllimin qısa geyimi fikrimi yayındırdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz


ARB TV-nin “Günə doğru” proqramında abituriyentlərin qəbul imtahanı zamanı keçirdikləri həyacanlarla bağlı maraqlı reportaj yayımlanıb.

Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, tələbələr arasında imtahan zamanı onlara mane olan, həyəcanlandıran, imtahanın nəticəsinə təsir edə biləcək hadisələrin olub-olmaması ilə bağlı sorğu keçirilib.

Tələbələr müxtəlif səbəblər gətiriblər. Səsləndirilən ən maraqlı səbəb isə bu olub:

“Müəllimlərin qısa geyinməyi. Ayaqlarına “kabulok” geyinməkləri. Tak, tak, tak səslər. Ən çox bunlar mənim fikrimi yayındırdı. 600 bal yığacaqdım, gəldim 200 bal yığdım”.

Bəli, səbəblər müxtəlifdir. Bu məsələdə imtahan nəzarətçilərinin üzərinə böyük yük düşür. Onlar sakitliyi təmin etməli və abituriyentin bilik və bacarığını göstərməsi üçün maksimum dərəcədə yaxşı şərait yaratmalıdır. 

Ekspert Kamran Əsədov isə hesab edir ki, bəzən elə nəzarətçilər özü imtahan verənlərə maneçilik törədə bilər. Xüsusilə, nəzarətçilərin geyim məsələlərində diqqətli olmaq lazımdır. Əgər onlar ora dikdaban geyinsələr, hansısa səs salan geyimlər geyinsələr, laklardan, digər kosmetik vasitələrdən istifadə etsələr, bu abituriyentlərin fikirlərini yayındıra bilər”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri