Mar
2018
21:36
110
64
7522
Virtual karabakh

Qeyri-adi “ayaqqabı meşəsi” tapılıb – FOTO

4 Mar, 2018
21:36
7522

Qeyri-adi “ayaqqabı meşəsi” tapılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadalı fotoqraf Petti Meyher səyahət edərkən “ayaqqabı meşəsi” ilə qarşılaşıb.

Oxu.Az “Boredpanda”ya istinadən xəbər verir ki, Ontaria əyalətində Orencvayl qəsəbəsinə gəzintiyə çıxan fotoqraf qeyri-adi görüntünün şahidi olub. 

Yüzlərlə ayaqqabının ağaclardan asıldığını görən Petti ilk öncə hansısa ailənin avtomobil qəzasında öldüyünü və onların anılması üçün bu ayaqqabıların ağacdan asıldığını zənn edib.

Ancaq polis qeydləri burada heç bir qəzanın olmadığını ortaya çıxarıb. Digər versiya isə qəsəbədə yaşayan uşaqların bunu zarafat məqsədilə etməsidir.

Müxtəlif rəngdə və çeşiddə olan ayaqqabıların bəzilərinin tarixi 1970-ci illərə aiddir.

Qeyd edək ki, ağaclara ayaqqabılarla bərabər müxtəlif skelet maketləri və fotolar da asılıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri